TƏBİB tərkibindədir B.e. – Cümə: 09:00 – 17:00 (012) 498-68-59 (012) 493-09-78
Menyu

Respublika Endokrinoloji Mərkəzinin 5 nəfərdən ibarət həkim heyəti “40th International Society of Gynecological Endocrinology (ISGE) Annual Congress” adlı beynəlxalq konfransda iştirak edib.

Respublika Endokrinoloji Mərkəzinin 5 nəfərdən ibarət həkim heyəti “40th International Society of Gynecological Endocrinology (ISGE) Annual Congress” adlı beynəlxalq konfransda iştirak edib.
Bu nüfuzlu konfrans 2026-cı il 4–6 mart tarixlərində İtaliyanın Roma şəhərində keçirildi və qadın sağlamlığı, reproduktiv endokrinologiya, hormonal pozğunluqlar, sonsuzluq, PCOS, menopauza və müasir müalicə yanaşmalarını əhatə etdi.
Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər tərəfindən ən son elmi yeniliklər, klinik təcrübələr və innovativ müalicə üsulları təqdim olundu, interaktiv müzakirələr və elmi sessiyalar təşkil edildi.
Konfransda iştirak edən həkim Günel Musayeva əldə olunan bilik və təcrübəni Respublika Endokrinoloji Mərkəzinin kollektivi ilə bölüşdü, müasir yanaşmalar və beynəlxalq protokollar barədə təqdimatla çıxış etdi.
Bu kimi beynəlxalq təcrübə mübadiləsi mərkəzdə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
Bütün xəbərlər