TƏBİB tərkibindədir B.e. – Cümə: 09:00 – 17:00 (012) 498-68-59 (012) 493-09-78
Menyu

23-24 yanvar tarixlərində Bakıda “ll Azərbaycan Diabet və Metabolizma Xəstəlikləri Konqresi” və lV AzərtürkDiab Simpoziumu keçirildi. Tədbir Türkiyə Diabet Vəqfi və Azərbaycan Diabet Liqasının təşkilatçılığı ilə baş tutub.

23-24 yanvar tarixlərində Bakıda “ll Azərbaycan Diabet və Metabolizma Xəstəlikləri Konqresi” və lV AzərtürkDiab Simpoziumu keçirildi. Tədbir Türkiyə Diabet Vəqfi və Azərbaycan Diabet Liqasının təşkilatçılığı ilə baş tutub.

Konqres çərçivəsində diabet və metabolik xəstəliklər sahəsində əldə olunan son elmi yeniliklər, müasir diaqnostik və müalicəvi yanaşmalar, eləcə də aktual klinik mövzular müzakirə edilib.

Konqresdə Respublika Endokrinoloji Mərkəzin (REM) direktoru t.ü.f.d Kəmalə Ağayeva və tibbi personal fəal iştirak edib. REM-in həkim- endokrinoloqları Yeganə Sultanova, Səriyyə Ağayeva, Samirə Xəlilovanın həm müxtəlif mövzularda təqdimatları, həm də moderator kimi iştirakı auditoriya iştirakçıları tərəfindən böyük marağa səbəb oldu.

İki gün davam edən elmi proqram çətin kliniki hallara, yeni terapevtik metodlara və innovativ texnoloji yeniliklərə həsr olunmuş sessiyalardan ibarət olub. Qarşılıqlı elmi müzakirələr və təcrübə mübadiləsi iştirakçılar üçün geniş imkanlar yaradıb.

Konqres diabet və metobalizma xəstəlikləri sahəsində elmi biliklərin paylaşılması, müasir tibbi yanaşmaların təşviqi və Azərbaycan Türkiyə elmi əməkdaşlığının gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.
Bütün xəbərlər