TƏBİB tərkibindədir B.e. – Cümə: 09:00 – 17:00 (012) 498-68-59 (012) 493-09-78
Menyu

Seminarın əsas məqsədi uşaq yaş qruplarında qalxanabənzər vəz xəstəliklərinin erkən diaqnostikası və düzgün izlənməsinə dair bilik və bacarıqların artırılması olub.

Seminarın əsas məqsədi uşaq yaş qruplarında qalxanabənzər vəz xəstəliklərinin erkən diaqnostikası və düzgün izlənməsinə dair bilik və bacarıqların artırılması olub.
Tədbirdə Respublika Endokrinoloji Mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru Kəmalə Ağayeva açılış nitqi ilə çıxış edərək müzakirə olunacaq mövzuların mahiyyəti və gözlənilən nəticələr barədə ətraflı məlumat verib. O, bu tip təlimlərin əhəmiyyətini vurğulayaraq, il ərzində hər ayın son həftəsinin ikinci günü əvvəlcədən müəyyənləşdirilmiş təlim planına uyğun olaraq seminarların davamlı şəkildə təşkil olunacağını bildirib. Kəmalə Ağayeva təqdim olunan mövzuların həm xəstələrin həyat keyfiyyətinə, həm də ümumi səhiyyə sisteminə mühüm töhfə verdiyini qeyd edərək iştirakçılara uğurlar arzulayıb.
Seminar çərçivəsində aşağıdakı mövzularda məruzələr təqdim olunub:
🔹 Dr. Səriyyə Ağayeva
📌 Anadangəlmə hipotireoz
Çıxışda xəstəliyin erkən aşkarlanmasının uşağın fiziki və zehni inkişafında oynadığı həlledici rol, neonatal skrininqin əhəmiyyəti və vaxtında müalicənin nəticələri ətraflı izah edilib.
🔹 Dr. Könül Səmədova
📌 Hipertireoz
Uşaq və yeniyetmələrdə hipertireozun klinik əlamətləri, diaqnostik yanaşmalar və müalicə prinsipləri təqdim olunub. Xəstəliyin gec aşkarlanmasının yarada biləcəyi fəsadlar xüsusilə vurğulanıb.
🔹 Dr. Leyla Abbasova
📌 TFT – qalxanabənzər vəzin funksiyasını qiymətləndirmək üçün aparılan laborator analizlər
Məruzədə TSH, FT4 və FT3 göstəricilərinin klinik əhəmiyyəti, uşaqlarda laborator nəticələrin düzgün şərhi və müalicə qərarlarının verilməsində rolu vurğulanıb.
Seminarda ambulator səhiyyə müəssisələrinin ailə həkimləri və pediatrları iştirak ediblər.
Bütün xəbərlər