skip to Main Content
Şəkər Xəstəliyinin Qarşısını Alan Qidalanma Vərdişləri

Şəkər xəstəliyinin qarşısını alan qidalanma vərdişləri

  • Karbohidrat qrupundan olan qidaların istifadəsini azaldın.
  • Ağ çörək yerinə kəpəkli və ya çovdar unundan hazırlanmış çörək yeyin.
  • Nişastalı qidaları azaldın və ya yeməyin. Düyü plovundan uzaq olun.
  • Mümkünsə, kəpəkli düyü istifadə edin. Bulğurun düyüdən daha yaxşı alternativ olduğunu unutmayın.
  • Paxlalıları daha çox yeyin. Noxud, lobya, mərcimək kimi qidalar faydalıdır.
  • Meyvə suları və qazlı içkilərdən uzaq olun. Bunların yerinə su, ayran için.
  • Yağ olaraq bitki  yağı istifadə edin.
  • Yağsız süd və süd məhsullarını, xüsusilə qatığı tez-tez istifadə edin.
  • Lifli qidalar, meyvə, tərəvəz istifadəsini artırın. Fürsət olduqca təzə və rəngli meyvə, tərəvəz yeyin.
  • Yeməklərinizi buxarda, sobada və ya közdə bişirin.
  • Meyvələri qabıqlı yeyin.
  • Tez-tez balıq yeyin.
  • Şəkər və şəkərli qidalardan uzaq olun.
  • Darçından daha çox faydalanın.
  • Bol su için.
  • Yemək zamanı tərəvəz salatı yeyin.
  • Tez-tez və az-az yeyin.
  • Spirtli içki istifadəsinə diqqət edin. Mümkünsə içməyin.
  • Daha az duz istifadə edin.

Dr. Sevda Qafarova

Endokrinoloq Dr. Sevda Qafarova şəkərli diabet, zob, hipofiz, böyrəküstü vəz xəstəlikləri və s. hər növ endokrinoloji xəstəliklərin müayinə və müalicəsi ilə məşğuldur.

Ünvan: Zəfəran Hospital, Asif Məmmədov 30
Əlaqə nömrəsi: (050) 717 71 21

Back To Top