(050) 717 71 21
sevdaqafarova@yahoo.com
Zəfəran Hospital
Insulin

İnsulinin saxlanma şəraiti, vurulma nahiyyələri və qaydaları

  • İnsulin 30 dərəcədən yuxarı şəraitdə bioloji aktivliyini itirər, 0 dərəcədən aşağı xarab olur.
  • İstifadə olunan insulini otaq temperaturunda ilk istifadəsindən sonra 1 ay müddətində saxlamaq olar.
  • Açılmamış insulin soyuducunun qapaq hissəsində və ya meyvə-tərəvəz saxlanan hissədə saxlanmalıdır.
  • İnsulin birbaşa günəş işığına məruz qalmamalıdır.
  • İnsulini qətiyyən dondurmaq olmaz. Donan insulin açıldıqdan sonra istifadə olunmamalıdır.
  • Əgər evinizin istilik dərəcəsi 25 və daha yuxarıdırsa insulini soyuducuda saxlayın.
  • İnsulini çox sərt və sürətli çalxalamayın.

İnsulin adətən dəri altına vurulur. Bəzi hallarda əzələyə və ya venaya da vurulur. İnsulinin yanlışlıqla əzələyə vurulması zamanı insulin daha sürətli qana qarışar və qan şəkərinin ani düşməsinə səbəb ola bilər. İnsulin ən sürətli qarın bölgəsindən sorulur, qollardan daha yavaş, bud bölgəsindən daha da yavaş, ən yavaş isə qalçadan sorulur. Dərinizin sağlam vəziyyətdə qalması üçün hər dəfə inyeksiya üçün başqa yeri istifadə etməniz əhəmiyyətlidir. Hər dəfə iynə vurulma yeri əvvəlkindən 2-3 sm aralı olmalıdır. Bəzən inyeksiyadan sonra yüngül qanama və ya göyərmə ola bilər. Bu qorxulu deyil. Əgər davamlı olursa və ya iynə zamanı ağrı olursa həkiminizlə məsləhətləşin.

Dr. Sevda Qafarova

Endokrinoloq Dr. Sevda Qafarova şəkərli diabet, zob, hipofiz, böyrəküstü vəz xəstəlikləri və s. hər növ endokrinoloji xəstəliklərin müayinə və müalicəsi ilə məşğuldur.

Ünvan: Zəfəran Hospital, Asif Məmmədov küç. 30
Əlaqə nömrəsi: (050) 717 71 21